24 Aprel 2020 15:10
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti və Odessa vilayəti dövlət administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin ona Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparmaq barədə göstəriş verdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, M.Saakaşvili deyib:

“Prezident mənə BVF ilə, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmaq məsələsi ilə məşğul olmaqla bağlı göstəriş verdi. Ukraynanın aldığından daha çox köməyə ehtiyacı var”.

M.Saakaşvilinin sözlərinə görə, Ukraynaya iqtisadiyyatı xilas etmək üçün qeyri-ordinar addımlar atmaq lazımdır.

“Ukrayna hazırda çox güclü iqtisadi fırtına, əsl sunami, böhran içərisindədir. Biz təcili olaraq,olduqca qeyri-ordinar addımlar atmalıyıq ki, Ukrayna iqtisadiyyatını xilas edək, eyni zamanda hər bir ukraynalı ailəyə dəyən zərbəni maksimum zəiflədək və ümumiyyətlə, dövləti xilas edək”, – deyə “İnterfaks” onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, M.Saakaşvili daha əvvəl Ukrayna lideri Vladimir Zelenskinin ona islahatlar üzrə Ukrayna baş nazirinin müavini olmaq vəzifəsi təklifi etdiyini açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər