24 Aprel 2020 18:55
3 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk jurnalist Həsən Camalın qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkədəki paylaşımı Türkiyədə etirazla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, jurnalist özünün Tvitter sosial şəbəkəsindəki hesabında “soyqırımın” ildönümü münasibətilə ermənilərə başsağlığı verib.

“Erməni qardaşlarımın 24 aprel soyqırım kədərini paylaşıram”, - Həsən Camal qeyd edib.

İzləyiciləri jurnalisti ermənilərə satılmaqda, vətənə xəyanətdə ittiham ediblər.

Əlavə edək ki, Həsən Camal I Dünya Müharibəsində Osmanlı ordusunun Fələstindəki qüvvələrinin komandanı Camal Paşanın nəvəsidir. Camal Paşa Osmanlı Silahlı Qüvvələrinin ən nüfuzlu və tanınmış generallarından biri sayılırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər