24 Aprel 2020 22:44
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İrana öyüd-nəsihət verəcək vəziyyətdə deyillər.

Bu sözləri İran Xarici İşlər naziri Cavad Zərif bildirib.

"İranın kosmosa hərbi peyk çıxarması BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd deyil. ABŞ-ın özü dünyanın müxtəlif regionlarında zorakılıq edərək BMT TŞ-nin qətnaməsinə zidd addımlar atıb. ABŞ və Avropa 2231 saylı qətnaməni yanlış izah edirlər. İran nüvə silahına və bu nüvə silahını kosmosa daşıyacaq raketə malik deyil. Bu kimi silahların hansı dövlətlərdə olması dünyada hamıya məlumdur", - Zərif deyib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər