Rusiya vətəndaşları 2020-ci ilin sonuna qədər xaricə turizm səfərləri etməməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Koronavirus pandemiyası haqqında danışan xanım siyasətçi bəyan edib ki, pandemiya nəzarət altına alınsa belə, bu dövrdə təxirə salınan nəqliyyat və rabitə istiqamətində durum sürətlə əvvəlki vəziyyətinə qayıtmayacaq:
“Kimin xoşuna getməyəcəyini bilmirəm, amma bu ilin sonuna qədər Rusiyadan xaricə çıxmağı planlamayın”.
Qeyd edək ki, aprelin 23-dən Rusiya turizm operatorları avqustun 1-dən başlayaraq xarici ölkələrə turizm paketləri satmağa start verib.