Rusiyada bu il büdcə kəsiri Ümum Daxili Məhsulun (ÜDM) 5 faizi həcmində ola bilər. Rusiya iqtisadiyyatı yeni tip koronavirus səbəbindən gündə 100 milyard rubl itirir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın iqtisdiyyat və ikişaf naziri Maksim Peşetnikov deyib.
Nazirin sölərinə görə, Kovid-19 pandemiyasının yayılması ilə bağlı ölkədə bir çox məhdudlaşdırıcı tədbirlər həyata keçirilir: “Pandemiyanı önləmək tədbirləri səbəbindən rus itisadiyyatı gündəlik 100 milyard rubl (1,3 milyard dollar) itirir. Bu, böyük itkidir”.
Məhdudiyyətlərin tədricən qaldırılacağına diqqət çəkən Peşetnikov bildirib ki, ölkənin səhiyyə sistemi epidemiya ilə mübarizə aparmaq gücündədir: “Bu il büdcə kəsiri ÜDM-ə nisbəti 5 faiz ola bilər. Kəsir əsasən yığılmış ehtiyatlarla qarşılanacaq”.
Mütəxəssislərin proqnozuna görə, ötən il 1,3 faiz böyüyən rus iqtisadiyyatı bu il 5 faiz kiçilmə təhlükəsi ilə üz-üzə qalıb.
Qeyd edək ki, Rusiya Milli Rifah Fondunun valyuta ehtiyatları 570 milyard dollardır.