25 Aprel 2020 21:19
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən ordusu Husilərə aid 3 hərbi birliyi məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin şərqində yerləşən Marib vilayətinin Survah cəbhəsinin komandanı, general Əhməd Əbu Usba bildirib.

General deyib k, İran tərəfindən dəstəklənən Husilərin iri həcmli hücmları Yəmən ordusu tərəfindən dayandırılıb: “Qarşı tərəf çoxsaylı canlı itki verib, hərbi avdanlıqlarına böyük xəsarət yetirilib”.

Survah cəbhəsinə hücum hazırlığı görən Husilərə aid 3 birliyin məhv edildiyini bildirən general əlavə edib ki, Marib vilayətini ələ keçirmək üçün Husilər 2 aydır hazırlıq görürlərmiş.


Müəllif: Cavad

Oxşar xəbərlər