Son bir gün ərzində Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 81 nəfər artaraq 1677 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzinin saytında xəbər yerləşdirilib.
Son sukta ərzində Ermənistanda COVID-19 diaqnozu ilə bir nəfər vəfat edib.
“Ermənistanda koronavirusa 1677 yoluxma hadisəsi var, 803 xəstə sağalıb, 28 nəfər ölüb”, – deyə məlumatda bildirilib. 846 xəstə müalicə olunur, 17 342 test aparılıb.
Ermənistanda martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət elan edilib.