Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, KİV-lərin və digər mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, yoluxanların ümumi sayı 2 811 891-ə çatıb. Onlardan 197 162 nəfər ölüb, 793 838 nəfər xəstəliyə qalib gəlib. Qalanları isə xəstəliyin bu və ya digər mərhələsindədirlər.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı növ koronavirus infeksiyasını pandemiya elan edib.