1 Oktyabr 2014 11:06
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 12-ə çatıb.

Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, qəza yerli vaxtla 23:00 radələrində Qorakxpur şəhərinin yaxınlığında Uttar-Pradeş ştatında baş verib.

Hadisənin qatarların təsadüfən eyni yolla hərəkəti nəticəsində baş verdiyi qeyd edilir. Maşinistlər qatarları saxlamağın çətin olduğunu və nəticədə 3 vaqonun relsdən çıxaraq aşdığını deyiblər.

Hadisə yerində polis və xilasetmə qüvvələri işləyir. Xilasetmə əməliyyatı bütün gecə davam edib.

Samir


Müəllif:

Oxşar xəbərlər