"Nyu York Tayms" qəzeti Honkonq radiosuna istinadən KXDR lideri Kim Çen İnın ölüm xəbərini yayıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu məlumatın ilk mənbəyinin Yaponiya mediası olduğu bildirilir.
Business Online isə Şimali Koreya liderinin ürək əməliyyatından sonra hələ də koma vəziyyətində olduğuni iddia edib. Hal-hazırda bu məlumatı təsdiqləyəcək rəsmi sübut yoxdur.
Qeyd edək ki, Şimali Koreya liderinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər bu həftə ortaya çıxıb. Cənubi Koreyanın Daily NK nəşrinə görə, Kim Çen İn ürək-damar sistemi ilə əlaqəli əməliyyatdan sonra müalicə alır. Kim Çenin "həddindən artıq siqaret çəkmək, piylənmə və yorğunluq" səbəbindən xəstəxanaya düşdüyü bildirilir.
Eyni zamanda Yaponiyanın "Yomiuri" qəzeti Cənubi Koreya və Amerika mənbələrinə istinadən Şimali Koreyanın 2019-cu ilin sonunda Kim Çen İnı əvəz etməyə hazırlaşdığını bildirib. İddiaya görə, onun yerini kiçik bacısı Kim Yo Çjon tuta bilər.