26 Aprel 2020 08:05
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kim Çen İnin ürəyini əməliyyat edən cərrah çox əsəbi idi, əlləri titrəyirdi, bu səbəbdən 1 dəqiqəlik əməliyyat 8 dəqiqə davam edib".

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu iddia Yaponiyanın "Syukan Genday" həftəlik məcmuəsində dərc olunan məqalədə yer alıb.

Bundan əvvəl Cənubi Koreyanın "Daily NK" nəşri Şimali Koreyadakı mənbəsinə istinadən Kim Çen İnin ürək-damar sistemi ilə əlaqəli əməliyyatdan sonra müalicəsini davam etdirdiyini bildirib.

"Syukan Genday"dakı materialın müəllifi Daisuke Kondo Çin tibb dairələrindəki bir mənbə tərəfindən ona Şimali Koreya liderinin ürəktutması ilə bağlı təfərrüatın açıqlandığını bildirib.

"KXDR lideri Kim Çen İn bölgədə olarkən, qəfildən ürəyini tutdu və yıxıldı. Onu müşayiət edən həkimlər tələsik ürək masajı edərək, Kim Şeni ən yaxın təcili yardım məntəqəsinə aparıblar", - Kondo mənbəyə istinadən bildirib.

Eyni zamanda, jurnalistin həmsöhbətinin sözlərinə görə, Şimali Koreya tərəfi təcili olaraq Çin rəhbərliyindən Pekindən bir qrup həkim göndərməsini xahiş edib. Dərhal lazımı tibbi avadanlıqlarla birlikdə təxminən 50 nəfərlik xüsusi heyət Pxenyana göndərilib.

Jurnalist mənbəyə istinadən daha sonra yazır: "Şimali Koreyalı həkimlər Çin həkimlərini gözlədikləri təqdirdə xəstənin sağ qalmayacağını düşünərək, onun ürəyinə stend qoymaq üçün təcili əməliyyat keçirmək qərarına gəliblər. Bu əməliyyat çox da mürəkkəb deyil və stendin ən vacib qan damarına quraşdırılması əməliyyatı təxminən bir dəqiqə çəkir. Ancaq əməliyyat keçirən cərrah çox əsəbi idi, əlləri titrəyirdi. Kim Çen kimi dolu xəstələrdə belə əməliyyatı həyata keçirməklə bağlı onun heç bir təcrübəsi yox idi. Buna görə stendin quraşdırılması üçün səkkiz dəqiqə vaxt lazım oldu".

Onun sözlərinə görə, Kim Çen İn "vegetativ vəziyyətə" düşüb. Çinli həkimlər Şimali Koreya liderini müayinə etsələr də, ona heç bir kömək edə bilməyiblər.


Müəllif: Nahid

Oxşar xəbərlər