Cenevrədəki erməni abidəsinə qarşı Türkiyənin təzyiqi təsirini göstərib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, xəbərdə Kanton rəhbərliyinin Cenevrə Bələdiyyəsinin 1915-ci il hadisələrinə dair erməni iddialarını ehtiva edən abidənin BMT binasının yanında Arianna parkına köçürülməsi istəyini rədd etdiyi bildirilir.
Erməni iddialarına dair Cenevrədə abidənin qoyulmasına qarşı Türkiyə və İsveçrə Xarici İşlər Nazirliyinin 7 ildir mübarizə apardığı qeyd edilir.
Məlumatda layihənin daha az diqqət çəkiləcək bir yerə köçürülməsi iddiası irəli sürülüb.
Həmçinin qeyd edilir ki, Türkiyə abidənin inşasını əngəlləmək məqsədilə bütün yolardan istifadə edir. Bunun üçün türk diplomatiyası BMT, Cenevrə hökuməti və yerli bələdiyyələrlə danışıqlar aparır.
Samir