Çində karantin rejimi ləğv edildikdən sonra açılan restoran və kafelərin menyularında bitki tərkibli saxta ət məhsulları təklif olunduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Çində yayılan COVID-19 infeksiyasından sonra bir sıra heyvan ətinin yeyilməsinə qadağa tətbiq edən Çində sağlam qidalanmaya keçid edib.
Xatırladaq ki, ABŞ-da yerləşən "Beyond Meat" şirkəti bitki mənşəli məhsullarını Starbucks kafeləri vasitəsilə satışa çıxarıb. Hazır qida məhsullarının satışını həyata keçirən KFC gələn həftə bitki tərkibli toyuq məhsulunun satışına başlayacağını açıqlayıb.