İtaliya 2020-ci ilin sonuna kimi xarici turistlər üçün sərhədlərini açmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Fəaliyyətlər və Turizm naziri Dario Françeski "La Repubblica" qəzetinə müsahibəsində deyib.
Qeyd edək ki, Baş naziri Cüzeppe Konte mayın 4-dən etibarən İtaliyanın tədricən dünyaya açılacağını bəyan etmişdi.
Son məlumatlara görə, İtaliyada COVID-19 qurbanlarının sayı 25 969 nəfər olub.