Ukraynada son sutkada 492 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 8617 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 8 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlər 209 nəfərdir. 840 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.