26 Aprel 2020 14:42
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Malmö şəhərində koronavirus testi pozitiv çıxmasına baxmayaraq, müalicə edilməyərək evinə göndərilən 47 yaşlıı Əmrullah Gülüşken, övladları Esma, Samirı və Mahmudla birgə Türkiyə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsiylə Türkiyəyə göndərilib.

Teleqraf.com xəbər verir ki, Malmönün Sturup hava limanına enən təcili yardım təyyarəsi onları götürərək Türkiyəyə yola düşüb.

Əmrullah Gülüşkenin İsveçdə qalan qızı Leyla Gülüşken "Anadolu" agentliyinə açıqlamasında Türkiyənin göndərdiyi təcili yardım təyyarənin gəlməsiylə çox duyğulandığını bildirib. Leyla Gülüşken Türkiyə rəsmilərinin xəbəri aldıqdan sonra onlara zəng etdiklərini bildirib: "İsveçdə xəstəxana atamın müalicəsindən imtina etdikdən sonra "Anadolu" agentliyinə açıqlama verdik. Bu xəbər dərc olunduqdan sonra onlarla məmurdan zəng aldıq. Səhiyyə naziri Fahrettin Koca qısa müddətdə bizə təyyarə göndərdi. Ölkəmizlə qürur duyuruq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər