2 May 2014 11:52
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurçu" dini cərəyanının rəhbəri Fəthullah Gülənin hökümətlə qarşıdurması davam edir.

Teleqraf.com xəbər verir ki, 2013-cü il 17 dekabrda hökümətə qarşı yönələn "Böyük rüşvət əməliyyatı"ndan sonra Fəthullah Gülən haqqında yayılan xəbərlərə etiraz olaraq məhkəməyə 445 şikayət ərizəsi yazıb.

Gülənin 445 şikayət ərizəsindən 380-si üzrə cinayət işi açılıb. Vəkili vasitəsilə məhkəməyə müraciət edən Gülən daha çox jurnalistlərdən şikayətçi olub.

Qeyd edək ki, Fəthullah Gülən məhkəmələr işləri üçün 304 min Türkiyə lirəsi (təxminən 150 min AZN) məbləğində pul ödəyib. Fəthullah Gulənə qarşı şikayətlər isə 3 dosyedə birləşdirilib.

Dəniz Əliyeva


Müəllif: