26 Aprel 2020 14:57
3 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2021-ci ilədək Alyaskada 54 ədəd beşinci nəsil F-35A Lightning II qırıcısını yerləşdirməklə Arktika və Rusiya ilə sərhəd bölgələrdə hərbi varlığını gücləndirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazeta.ru Defense Express-ə istinadən bildirib.

Ukrayna KİV-lərinin verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Alyaskada yerləşən Eyelson aviabazasında hərbi təyyarələrin yerləşdirilməsinə iki ədəd F-35A Lightning II qırıcısı ilə başlanılıb. Onlar oraya bu ilin aprelində yerləşdirilib. Bu təyyarələr Alyaskada yerləşən beşinci nəsil F-22 Raptor qırıcılarına dəstək olacaq.

"Aviasiya qrupunun gücləndirilməsi ABŞ üçün Rusiya ilə mübarizədə böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Rusiya son illər burada hərbi varlığını artırmağa başlayıb. ABŞ-ın bu addımı qarşıdurma vəziyyətində ona havada dərhal üstünlük əldə etməyə imkan verəcək", - Defense Express bildirib.

Materialda həmçinin qeyd olunur ki, Alyaskadakı ABŞ aviabazaları Rusiya Hərbi Dəniz Qüvvələrinin strateji sualtı qayıqlarının, habelə Rusiya strateji aviasiya təyyarələrinin patrul marşrutlarını idarə etməyə imkan yaradcaq.

Bundan əvvəl Sputnik radiosu ABŞ-ın kəşfiyyat təyyarəsinin Suriyadakı Rusiya hədəflərinə yaxınlaşmağa çalışdığını bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər