Çəyirtkə sürüsü İranın Cənubi Xorasan əyalətinin bir hissəsini "işğal edib".
Teleqraf.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Əyalətin Bitkilərin Mühafizəsi qurumunun sədri Mehdi Yusifi bildirib ki, Pakistandan gələn çəyirtkə sürüsü Nəhbəndan mahalında 350 hektarlıq əraziyə yayılıb.
O, çəyirtkələrin artmasının qarşısını almaq üçün təcili tədbirlərə başladıqlarını deyib.