Afrika ölkələrində yeni növ koronavirusa yoluxanların sayı 30 125 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı ragional nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, Afrika ölkələrində koronavirusdan ümumilikdə 1 365 ölüm halı qeydə alınıb.
Ən çox yoluxma halları CAR-da - 4 361 (86 ölü), ən çox ölüm halı isə Əlcəzairdə - 419 (3 256 yoluxma) qeydə alınıb.