İranın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi deyib.
O bildirib ki, Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı 4411 nəfərdir.
Məlumata görə, təkcə Zəncanda 96 nəfər koronavirusun qurbanı olub.