27 Aprel 2020 01:16
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim Çen İn həyatdadır və sağlamlığı yerindədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Cənubi Koreyanın dövlət başçısı Mun Çjenin müşaviri Mun Çunq deyib.

“Hökumətimizin mövqeyi sabitdir. Kim Çen İn həyatdadır və sağlamdır. 13 apreldən bəri Vonsan bölgəsində yaşayır. İndiyə qədər hər hansı şübhəli hərəkət qeydə alınmayıb”, - deyə Çunq bildirib.

Qeyd edək ki, Çin mediası Kim Çenin öldüyü barədə məlumatlar yayıb. Şimali Koreyanın dövlət radiosu isə xəbəri təkzib edərək, Kim Çenin işinin başında olduğunu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər