1 Oktyabr 2014 12:05
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və koalisiya qüvvələrinin hava hücumları “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının taktikasını dəyişməyə sövq edir.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinın sözçüsü Con Kirbi deyib. Onun sözlərinə görə, ABŞ ordusu və koalisiya qüvvələri bu günə qədər 300-dan çox hava hücumu təşkil edib. Bunların 230-nun İraqda, 76-nın isə Suriyada həyata keçirilib.

Kibri İŞİD-in hava hücumları vasitəsilə gücünün azaldığının həqiqətə uyğun olmadığını deyib: “IŞİDİN hələ də təsirli bir gücə sahib olduğuna inanırıq. Bəli, üzərilərində yaratdığımız təzyiqə görə onlar bəzi taktikalarını dəyişdirib, bundan heç şübhəniz olmasın. Ancaq bu onların gücünün azaldığı demək deyil. Bu səbəbdən həm ABŞ hərbi perspektivi həm də koalisiya gücləri təzyiqi davam etdirməyi düşünür”.

ABŞ sözçüsü hava hücumlarının xərcinin gündə 7-10 milyon dollar olduğunu ancaq zamanla bu vəsaitin artacağını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər