27 Aprel 2020 16:26
33 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və digər ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri müsbət nəticə verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiyada təcrid olunmağa çalışdılar. Məlum oldu ki, müsbət nəticəsi yoxdur. Bizdəki vəziyyət də Rusiyadakı kimidir. Siz bizi təcrid edə bilməzsiniz”, - Lukaşenko söyləyib.

Belarus başçısı karantin rejimləri ləğv edildikdən sonra koronavirus pandemiyasının ikinci dalğasının baş verəcəyini iddia edib: “İndi qapılar açıldı. İnsanlar çıxdılar. Onları gəzən bu virusun hücumuna məruz qalacaqlar. Xəstəliyin ikinci dalğası ortaya çıxacaq. Birincisi getməmiş ikinci dalğa onları mühasirəyə alacaq. Buna görə mən öz yolumla getməyə qərar verdim”.

Son 24 saat ərzində Belarusda koronavirusa yoluxanların sayı 873 nəfər artaraq 10 463 nəfərə çatıb, ölkədə 72 xəstə ölüb. Koronavirus səbəbiylə Belarusda karantin tətbiq edilməyib. 9 May Qələbə Günü paradına hazırlıqlar görülür. Aprelin 20-dən etibarən məktəblər yenidən açılıb.

Səhiyyə naziri Vladimir Karanikin hesablamalarına görə, infeksiyanın zirvəsi aprelin sonu - mayın əvvəlində baş verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər