Şimali Koreya liderinin səhhətilə bağlı təsdiqlənməmiş xəbərlərdən sonra Çin bu ölkə ilə sərhədə qoşun yığır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, KXDR lideri 11 apreldən indiyədək ictimaiyyət qarşısında görünməyib. CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonda, iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı kəşfiyyat araşdırılmalarına dair açıqlama verib. Lakin bir qədər sonra Şimali Koreyanın mərkəzi qəzeti "Nodon Sinmun" Kim Çen İnin sənədlərlə işləməyə davam etdiyini söyləyərək Vonsan-Kalmanın şərq sahilindəki turizm bölgəsi inşaatçılarına təşəkkür mesajının göndərdiyini bildirib.