28 Aprel 2020 00:36
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada epidemiyanın başlanmasından bəri yeni bir növ koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 23 293 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki "Sante publique France" agentliyinin səhifəsində məlumat verilib.

Verilən məlumata görə, ölənlərin sayı sutkada 437 nəfər artıb. Bunların arasında 14,5 min nəfər xəstəxanalarda ölüb, daha 8,8 min xəstəliklə əlaqəli ölüm halları sosial və tibbi müəssisələrdə təsdiq edilib.

Fransada koronavirusa yoluxma hallarının ümumi sayı son 24 saat ərzində 3 764 nəfər artaraq 128 339 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər