Türk Silahlı Qüvvələrinə aid hərbi təyyarə Ankaradan Vaşinqtona yola düşüb.
Teleqraf.com xəbər verir ki, hərbi yük təyyarəsi koronavirusdan ciddi zərər çəkən ABŞ-a tibbi ləvazimatlar aparır.
Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-a çatdırılacaq tibbi ləvazimat və avadanlıqlar orduya aid təyyarəyə yüklənib və Ankara Etimesgut hava limanında Vaşinqtona doğru havalanıb.
Qeyd edək ki, Türkiyə pandemiya səbəbidən İtaliya, İngiltərə, Serbiya, Kosova, Bosniya, Şimali Makedoniya, Liviya və Somaliyə də tibbi dəstək göstərib.