28 Aprel 2020 12:10
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokioda keçirilməli olan Olimpiya Oyunlarının Təşkilat Komitəsinin başçısı Yosiro Mori 2021-ci ilə təxirə salınan oyunların pandemiya aradan qaldırılmayacağı təqdirdə, ümumiyyətlə, ləğv olunmasını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, o, oyunların vaxtının yenidən dəyişdirilməyəcəyini bildirib:

“Əgər pandemya aradan qaldırılmasa, oyunların keçirilməsi, ümumiyyətlə, ləğv ediləcək. Əvvəllər olimpiada yalnız müharibə səbəbindən ləğv edilmişdi, ancaq bu dəfə görünməyən bir düşmənlə mübarizə aparırıq. Əgər dünya virusu məğlub etdikdən sonra olimpiada keçirilsə, bu, əvvəlki olimpiya oyunlarına nisbətən dəfələrlə qiymətli yarış olacaq”.

Qeyd edək ki, Tokio oyunları koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınıb. Oyunlar 23 iyul-8 avqust 2021-ci il tarixlərində keçirilməlidir.

Bundan əvvəl olimpiya oyunları üzrə nazir oyunların təxirə salınması ilə əlaqədar sponsorlarla çətinlik yarandığını açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər