28 Aprel 2020 15:30
5 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Tripoli şəhərində etirazçılarla hərbi qüvvələr arasında baş verən qarşıdurmada 20 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, ölkədə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, hökumət əleyhinə nümayişlər davam edir.

Ölkənin cənubunda yerləşən Tripoli şəhərində də, iqtisadi böhran və bahalaşmaya etiraz olaraq, nümayişlər başlayıb.

Əl-Nur meydanına toplaşan vətəndaşlar sosial-iqtisadi şərtlərin ağırlığına etiraz edərək, şəhərdəki bank binalarını yandırıblar. Hərbi qüvvələr nümayişləri dağıtmaq üçün vətəndaşlara plastik mərmi, göz yaşardıcı qazdan istifadə edir.

Yerli mənbələr şəhərdəki etirazlarda ən az 20 nəfərin yaralandığını bildiriblər.

Uzun müddətdir Livanda davam edən sosial-iqtisadi böhran koronavirus səbəbindən daha da ağırlaşıb. İqtisadi böhranın genişlənməsi ilə razılaşmayan xalq kütlələri ölkənin müxtəlif bölgələrində hakimiyyət əleyhinə nümayişlərə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər