28 Aprel 2020 19:42
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 18 nəfər artaraq 836-ya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 51 min 561 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2380 nəfərdən götürülən analizin 18-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 13 ölüm faktı qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər