28 Aprel 2020 23:27
3 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin mayın 12-dən etibarən bölgələrdə COVID-19 koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı tövsiyələr hazırlamağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, həmin vaxta qədər Rusiyada qeyri-iş günləri olacaq.

Putin həmçinin vətəndaşların gəlirləri və iqtisadi artmı bərpa etmək üçün genişmiqyaslı milli plan hazırlamaq barədə göstəriş verib.

"Hökümətə, "Rospotrebnadzor"a bir həftə ərzində Dövlət Şurasının işçi qrupu ilə birgə mayın 5-nə qədər tövsiyələri, ardıcıl addımlar üçün meyarları, parametrləri hazırlamağı, maydın 12-dən başlayaraq, karantin rejimindən mərhələli çıxmağı tapşırıram", - Putin deyib.

O, mövcud epidemioloji vəziyyəti və proqnozu nəzərə almağın lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bölgələrdə vəziyyətə uyğun müstəqil qərarlar qəbul etmək üçün bölgələrdə "manevr imkanları" saxlanılmalıdır. Putin qubernatorların yalnız karantin rejimini götürmək deyil, zəruri hallarda məhdudiyyət rejimini gücləndirmək imkanına sahib olacağını da deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər