29 Aprel 2020 10:35
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Liviyada hökumətin orduya təhvil verildiyini açıqlayan qiyamçı general Xəlifə Haftara etiraz edib.

Teleqraf.com xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü İliviyer Qovinin açıqlamasında Liviyadakı böhranın təktərəfli həll olunmayacağı bildirilib.

“Liviya münaqişəsinin həlli təktərəfli qərarlarla yox, BMT-nin himayəsindəki dialoqla mümkün ola bilər. Berlin konfransında verilən qərarların alternativi yoxdur”, - Qovin deyib.

Qiyamçı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar dünən hakimiyyətin orduya təhvil verildiyini açıqlayıb. O, Liviya Milli Sülh Hökuməti ilə imzalanmış anlaşmanın bununla qüvvədən düşdüyünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər