ABŞ-ın Massaçusets ştatında müharibə əlillərinin yaşadığı evdə 70 nəfər koronavirusdan vəfat edib.
Teleqraf.com xəbər verir ki, dövlət himayəsində olan və əsasən müharibə iştirakçılarının yaşadığı evdə baş vermiş hadisə ciddi narazılıq doğurub.
Boston prokurorluğu faktla bağlı cinayət işi açıb. Rəsmilər virusa yoluxanlarla sağlam veteranların eyni yerdə qalmaları səbəbindən ölüm hallarının baş verdiyini açıqlayıb.
İctimai evdə yaşayan 82 müharibə iştirakçısı və 81 sosial xidmət əməkdaşının testləri pozitiv çıxıb.
Məlumata görə, martın əvvəlində burada 230 nəfər yaşayırmış, hazırda isə 100 nəfər qalıb.