1 Oktyabr 2014 13:18
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusunun Hələb şəhərində müxaliflərin nəzarətindəki bölgələrə keçirdiyi bombalı hücumlarda 23 nəfər həyatını itirib.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya ordusuna məxsus vertolyotlar Hələbdə müxaliflərin nəzarətindəki Heydəriyyə və Şeyx Faris bölgələrinə təşkil etdiyi hücumlarda öldürülənlərin mülki vətəndaş olduğu bildirilir.

Hücumda həmçinin ətrafa da ciddi ziyan dəydiyi qeyd edilir.

Xatırladaq ki, son günlərdə Əsəd qüvvələrinə məxsus döyüş təyyarələri və vertolyotlar müxaliflərin nəzarətindəki bölgələrə hücumlar təşkil edir.

Samir


Müəllif:

Oxşar xəbərlər