İstehsal artırılsa da, maska başda olmaqla qoruyucu vasitələrin istehlakında çtışmazlıq var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
Prezident koronavirusla mübarizənin ön cəbhəsində işləyən tibbi personalın yetərli qoruyucu vasitələrə sahib olmadığını qeyd edib: “Öncəki dövrlə müqayisədə daha çox istehsal edirik, ancaq yenə çatmır. İstehsalda və idxaldakı artıma baxmayaraq tibbi vasitələr ehtiyacı tam ödəmir”.
Rusiya prezidentli hazırda gündəlik 100 min ədəd qoruyucu uniforma istehsal edildiyini, mart ayında bu sayın sadəcə 3 min olduğunu xatırladıb: “Eyni formada maska da aylar əvvəllə müqayisədə 10 dəfə çox istehsal edilir və hazırda gündəlik 8,5 milyona çatıb”.
Koronavirus pandemiyasının hələlik zirvə nöqtəsinə çatmadığını bəyan edən Vladimir Putin vətəndaşları önləyici tədbirlərə tabe olmağa, özlərini qorumağa çağırıb.