Tacikistan parlamentinin aşağı palatası slavyan şəkilçilərinin soyad və ata adlarında istifadə edilməsini qadağan edən "Vətəndaş statusu aktlarının dövlət qeydiyyatı haqqında" qanuna dəyişikliyi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə tacik mediası məlumat yayıb.
Qərara görə, yeni doğulmuş uşaqların adlarını qeyd edərkən soyadlarda "ov", "ev" və ata adlarında "oviç", "eviç", "ovn" və "evn" şəkilçilərindən istifadə etmək mümkün olmayacaq.
Bu düzəlişlər qanunun qəbulundan sonra doğulan uşaqlara aiddir. Artıq slavyan şəkilçiləri ilə doğum haqqında şəhadətnamələr almış şəxslərə ata və soyadlarını dəyişdirmək məcburiyyətində qalmayacaqlar: onlara eyni adda pasport veriləcək.