NATO helikopteri Yunanıstanın Kefaloniya adası yaxınlığında dənizə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın dövlət telekanalı ERT bildirib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatında iştirak etmək üçün hadisənin baş verdiyi əraziyə İtaliyanın freqatı və NATO gəmiləri göndərilib. Təyyarənin qalıqları Kefaloniyadan təxminən 85 kilometr məsafədə aşkarlanıb.
Hadisə zamanı helikopterdə altı nəfər olub. Onların beşinin taleyi naməlumdur.
“Star” telekanalı isə bildirib ki, xilasedicilər NATO helikopterinin qəzaya uğradığı ərazidə bir nəfərin meyitini tapıblar.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.