30 Aprel 2020 08:25
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu ölkə ərazisində döyüş əməliyyatlarını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Xadas" telekanalının efirində Liviya Milli Ordusunun nümayəndəsi Ahmed el-Mismari bəyanatla çıxış edib.

O, qeyd edib ki, Ramazan ayı boyunca bütün hərbi əməliyyatlar dayandırılır və atəşkəs elan olunur.

Bəyanatdan bir neçə saat əvvəl Haftara məxsus hərbi qüvvələrin raket atəşi nəticəsində Tripolidə 7 nəfər həlak olub.

Daha əvvəl feldmarşal Xəlifə Haftar ölkə vətəndaşlarının qərarına uyğun olaraq Liviyada hakimiyyətin orduya keçdiyini elan edib.

Liviyada bir müddətdir müxtəlif liderlərin tərəfdarları arasında silahlı toqquşmalar baş verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər