30 Aprel 2020 09:54
4 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident seçilsəm, ABŞ-ın İsraildəki səfirliyini Qüdsdən Təl-Əvivə geri köçürməyəcəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden deyib.

“Köçürülmə bu formada olmamalıydı, sülhün təmin olunmasına yardım edəcək geniş çərçivəli anlaşma imzalanmalı idi. Amma indi bunu ediblər, seçilsəm səfirliyi Qüdsdən Təl-Əvivə geri qaytarmayacağam”, - Bayden qeyd edib.

Prezident Donald Tramp ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə şəhərinə köçürmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər