Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ola bilsin ki, bu ölkənin daxili işidir, amma bu siyasətçinin peyda olması adətən pislik əlamətidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Aprelin 30-da “RTVI”ya müsahibəsində Kremlin nümayəndəsi qeyd edib ki, kütləvi informasiya vasitələrində Kiyevin özünün bu ideyadan imtina etməsinə dair məlumat görüb. D.Peskov bu ideyadan imtina etməyin Ukraynanın özü üçün yaxşı olacağı düşünür:
“Saakaşvili, əlbəttə ki, çox pis bir əlamətdir. Onu gəlişi ilə Gürcüstan parçalandı. Odessa yaxşı heç nə əldə etmədi. O, Odessa üçün də bir pislik oldu. Prezident Poroşenko üçün də pislik rolunda çıxış etdi. Bu təyinatdan az sonra Poroşenkonun reytinqi aşağı düşdü”.
Qeyd edək ki, aprel ayında Ukrayna Prezidenti Vladimir Zelenski M.Saakaşviliyə baş nazirin müavini olmağı və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmağı təklif edib. Ukrayna Nazirlər Kabineti buna qarşı çıxıb.
Bundan əlavə, Ukrayna Ali Radasında Saakaşvilinin siyasətə qayıtması fikri gülüşlə qarşılanıb.