30 Aprel 2020 11:18
9 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində koronavirusun yayıldığı iddia edilən laboratoriyanın ABŞ-dan maliyyələşdirildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

Məlumatda ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun Çinin Uhan şəhərində yarasalar üzərində koronavirus araşdırmaları aparan laboratoriyanı maliyyələşdirdiyi vurğulanıb.

Laboratoriyaya ayrılan maddi vəsaitlərin həcmi isə 7.4 milyon dollardır. Məlumata görə, institut ötən həftə laboratoriya ilə əməkdaşlığını dayandırıb.

Qeyd edilib ki, Donald Tramp administrasiyası koronavirusun süni yolla yayıldığına dair şübhəsi var. Bu iddiaya görə, infeksiyanın yayıldığı mənbə Uhan Virusologiya İnstitutunun laboratoriyasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər