30 Aprel 2020 12:26
2 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının "Zin Avesta" ləqəbli qadın üzvünün mağarada xərçəng xəstəliyindən öldüyü ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda PKK Dərsim təşkilatının lideri Zin Avestanın (Hafizə Özdəmir) Tuncəli bölgəsi yaxınlığında bir mağarada öldüyünü bildirilib.

Qeyd edilib ki, başına 10 milyon lirə pul mükafatı qoyulan məşhur terrorçu 2 ay əvvəl həyatını itirb. Fakt terrorçular öz aralarında rabitə vasitəsi ilə danışdıqları zaman üzə çıxıb.

Rabitə danışığının təhlükəsizlik qüvvələri tərəfindən dinlənildiyi bildirilib.

Təhlükəsizlik qüvvələri 1993-cü ildə PKK-ya qatılan Hafizə Özdəmirin öldüyü bölgənin müəyyən edilməsi üçün axtarışlara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər