Rusiyanın Yekaterinburq vilayətində terror aktları hazırlayan “İslam Dövləti” terror təşkilatının (İŞİD) üç hərbçisi məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, terror aktının hazırlanması barədə kəşfiyyat məlumatı əldə edildikdən sonra Federal Təhlükəsizlik Bürosu (FTB) hərəkətə keçərək, əks-terror əməliyyatı ilə terrorçuları zərərsizləşdirə bilib.
Əməliyyat yerində partlayıcı qurğular, silah və döyüş sursatları aşkarlanıb.