Liviya Milli Sülh Hökuməti qiyamçı Haftar ordusunun hərbi mövqelərinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, hökumətin yaydığı açıqlamada Haftar ordusunun silah-sursat və canlı qüvvə daşıyan hərbi texnikaların vurulduğu bildirilib.
Əməliyyatın Kariyyat və Nəsmə bölgələri arasında həyata keçirildiyi qeyd edilsə də, əlavə detala yer verilməyib.
Hökumət qüvvələri, bundan başqa, qiyamçıların paytaxt Tripolidəki Vatiyyə hərbi hava bazasına 5 hücum gerçəkləşdirib. Əməliyyatda Haftar ordusunun canlı qüvvələri və silah anbarları hədəf alınıb.