1 May 2020 11:53
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Saratov vilayəti qubernatorunun aparat rəhbəri və nazir Olesya Qoryaçeva bir ədədi 425 rubla (9 manat 69 qəpik) böyük partiya tibbi maska alınması ilə bağlı yaranmış qalmaqaldan sonra istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

“Vilayət qubernatoru Valeriya Radayevanın 30 aprel 2020-ci il tarixli 151 nömrəli qərarı ilə Qoryaçeva Olesya Viktorovna öz təşəbbüsü ilə Saratov vilayətinin naziri – Saratov vilayətinin qubernatoru aparatının rəhbəri vəzifəsindən azad edilib”,– deyə məlumatda bildirilir.

Həmin gün Saratov vilayət prokurorluğu büdcədən tibbi maskaların alınmasının ləğv edildiyi barədə məlumat yayıb.

Qeyd edək ki, aprelin 30-da Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması Saratov vilayətində hər biri 425 rubl dəyərində tibbi maskaların alınması barədə məlumatın yoxlanılması istənilib. Prokurorluğa müraciəti dumanın sədri Vyaçeslav Volodin edib. V.Volodin Dövlət Dumasına məhz Saratov vilayətindən seçilib.

Satınalma haqqında məlumat aprelin 28-də dövlət satınalmaları saytında yerləşdirilib. Məlumatda vilayət büdcəsi hesabına bir ədədi 425 rubldan 10 min ədəd steril olmayan birdəfəlik tibbi maska alınacağı iddia edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər