1 May 2020 12:30
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyasının yol açdığı gəlişmələr neoliberalizm və azad bazar iqtisadiyyatını çətin suallar qarşısında qoydu. Mütəxəssislər pandemiyanın “güclü dövlət” və “özünlə kifayətlənmək” kimi anlayışları ön plana çıxardığını bildirirlər.

Teleqraf.com xəbər verir ki, alman mütəxəssislər postpandemiya dönəmində qlobal dəyişikliklərin qaçılmaz olduğunu deyiblər.

Yeni növ infeksiya ictimai və iqtisadi həyatı dayanma nöqtəsinə gətirdi. Pandemiya səbəbindən evdən çölə çıxmağa qadağa qoyulan insanlar, artıq işlərini evlərində həll etmək məcburiyyətindədir. Çox sayda dövlət iqtisadiyyatını qurtarmaq üçün yüz milyardlarla dollarlıq xilas paketləri açıqladı. Koronavirusun ortaya çıxardığı məhdudiyyətlər və qadağalar öyrəşdiyimiz düzənin də sorğulanmasına yol açdı.

Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun (DIW) direktoru Marsel Fratşer “NTV”-yə koronavirusa qarşı aparılan mübarizələrin azad bazar iqtisadiyyatına inamı yox etdiyini bildirib.

Fratşer bundan sonrakı dönəmdə dövlət arasındakı açıq rəqabətin böyük risklərə yol açacağını istisna etməyib:
“Krorona böhranı ilə neoliberalizmin tabutuna sonuncu mıxın çaxıldığını deyə bilərik. İndi gördük ki, məsələ ciddiləşəndə yeganə çarə öz dövlətinə sığınmaqdır. Artıq bazarların əsas sahələrdə təkbaşına işləməsi mümkün deyil”.

O, COVID-19 böhranının dövlətin kobud və bürokratik olduğu tezisini zəiflətdiyini düşünür:

“Alman hökuməti qarantiya və sosial yardımlar üçün bir milyarddan çox pul ayırdı. Bu onun göstəricisidir: güclü, təsirli və işlək bir dövlət son dərəcə həyati əhəmiyyətə malikdir. Məsələn, koronavirusun ən çox təsir etdiyi Birləşmiş Ştatlar. Bu, amerikalılara dövlət qurumlarının nə qədər önəmli olduğunu göstərdi”.

Koronavirusun qısa vaxt ərzində ortaya çıxardığı dəyişikliklər mütəxəssisləri cəmiyyət və iqtisadiyyat üzərində düşünməyə vadar edir. Artıq böhrandan sonra iqtisadiyyatların hansı yönə istiqamətlənəcəyinə dair araşdırmalara başlanılıb.

Almaniyanın Zigenski Universitetinin iqtisadçısı Niko Paex pandemiyadan sonra iqtisadiyyatın intensiv böyüməsi ehtimallarını araşdırır.

Paexin “post-böyümə iqtisadiyyatı” modelinə görə, qlobal tədarük zəncirlərinin ortadan qaldırılması və sənayenin kiçilməsi, buna paralel olaraq, yerli istehsal, özünlə kifayətlənmək və paylaşmaq modellərinin genişlənməsi vacibdir.

Paex qlobal qarşılıqlı asılılığın iqtisadi baxımdan riskli olduğunu vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər