1 May 2020 12:50
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qriqorian təqvimi ilə aprelin 12-də qeyd olunan Pasxa bayramından sonra Ermənistanda COVID-19-a yoluxmanın ikinci dalğası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə iqtisad elmləri namizədi, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Aqasi Tavadyan bildirib.

“Virusun yayılma dinamikasına ilk növbədə bir-biri ilə əlaqə quran insanların fəallığı təsir göstərir. İnsanlar arasında ünsiyyət çoxaldıqca infeksiya hallarının sayı da artır. Ermənistanda da qriqorian təqvimi ilə aprelin 12-də qeyd olunan Pasxa bayramndan sonra belə oldu. İnsanlar alış-veriş etdilər, ünsiyyət daha çox oldu və nəticədə biz virusun yayılmasını və xəstəliyin ikinci dalğasını sürətləndirdik. Yoluxma halları əsasən İrəvandan kənarda artıb. Ümumilikdə isə ölkədə çox hadisə qeydə alınmayıb”, – deyə o qeyd edib.

Ermənistanda koronavirusun yayılması ilə mübarizə məqsədilə martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət rejimi elan edilib. Cümə axşamına olan məlumata görə, ölkədə 2066 yoluxma hadisəsi aşkarlanıb, 32 pasiyent vəfat edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər