1 May 2020 13:18
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Ermənistanda koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 82 nəfər artaraq 2148-ə çatıb, daha bir xəstə ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinin saytında məlumat yerləşdirilib.

“Ermənistanda 2148 koronavirusa yoluxma hadisəsi təsdiqlənib. 977 xəstə sağalıb, 33 nəfər ölüb”, – deyə məlumatda qeyd olunur.

Qeyd edilir ki, 1136 xəstə müalicə olunur, ötən müddət ərzində 22 177 test aparılıb.

COVID-19-la mübarizə aparmaq üçün martın 16-dan mayın 14-dək Ermənistanda fövqəladə vəziyyət rejimi elan edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər