1 May 2020 19:57
2 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Amerikanın postsovet məkanında 65 gizli biolaboratoriyası fəaliyyət göstərir: Ukraynada 15, Ermənistanda 12, Gürcüstanda 15, Qazaxıstanda 4. ABŞ-da bu cür fəaliyyətlər qadağandır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Muxin deyib.

Ekspertin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rusiya sərhədləri yaxınlığında fəaliyyət göstərən gizli biolaboratoriya şəbəkəsi geosiyasi məqsədlər üçün istifadə olunur:

“Pentaqonun öz qanunlarına görə, bu laboratoriyalar qanunsuz fəaliyyət göstərir. Məqsəd SSRİ ərazisində yaşayan xalqlara qarşı yönəlmiş bioloji silahların yaradılmasıdır”.

Muxin bu müəssisələrin COVID-19 pandemiyasının yayılması fonunda fəaliyyətinə toxunub və qeyd edib ki, ABŞ dünya ictimaiyyətini virusun laboratoriya hazırlanmadığına inandırmağa çalışır: “Düşünürəm ki, mütəxəssislər gec-tez bunun belə olmadığını anlayacaqlar”.

Onun sözlərinə görə, ölkələrə müxtəlif səviyyələrdə ziyan vurmaq niyyəti günümüzün əsas reallığıdır:

“Beləliklə, ABŞ və Böyük Britaniyanın keçmiş SSRİ respublikaları və digər ölkələrin ərazilərindəki bioloji laboratoriyalarına xüsusi diqqət yetirilməlidir. COVID-19-un və onun analoqlarının meydana gəlməsini və yayılmasını araşdırmaq üçün beynəlxalq qrup yaratmaq lazımdır. ABŞ-ın bu fəaliyyəti beynəlxalq nəzarət altına alınmalıdır, çünki bəşər sivilizasiyasının həyatı haqqında danışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər