1 Oktyabr 2014 16:33
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələrinin Diyala vilayətində təşkil etdiyi əməliyyatda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 20 üzvü öldürülüb.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Diyala polis rəisi general-mayor Cəmil Eş-Şemri məlumat yayıb. Xəbərdə daha 10 döyüşçünün yaralandığı bildirilir. Şemri əməliyyatın sonunda sağ qalan militanlarının qaçdığını qeyd edib.

Bundan başqa Enbar Polis İdarə rəisi Əhməd Saddak da İŞİD-in Fellucedə hüquq-mühafizə nümayəndələrinə aid 12 evi partlatdığını deyib. Saddak bu bölgədə 2 ay əvvəl İŞİD təhlükəsinə görə evlərin boşaldıldığı üçün can itkisinin olmadığını açıqlayıb.


Samir


Müəllif:

Oxşar xəbərlər